Toya meşədən "qonaq" gəldi, qonaqlar evakuasiya edildi - VİDEO

DÜNYA
21:43 / 13.02.2025
44

Hindistanda Uttar Pradeş ştatında toy mərasimi şənliyə gələn meşə qonağına görə yarımçıq qalıb - məkanın yaxınlığında bəbir görünüb. 

HİT.az xəbər verir ki, bu barədə “The Times of India” məlumat yayıb.

Hadisə Lakxnau şəhərində gecə yarısı, şənliklərin qızışdığı vaxt baş verib. Bəbir mərasimin keçirildiyi və həmin vaxt onlarla qonağın olduğu binanın arxasından çıxıb. Onların bir çoxu əvvəlcə bunun zarafat olduğunu düşünsə də, heyvanın gerçək olduğunu anlayanda təlaşa düşüblər.

"Nəhəng heyvan kütləyə tərəf hərəkət edəndə, şənliyi çəkən iki operatorun yaralandığı əzilmə başladı - kişilər digər qonaqlar tərəfindən yıxıldı", deyə yerli meşə təsərrüfatının rəsmisi Mukkadar Əli bildirib.

Vəhşi heyvan binanın damına tullanıb və daha sonra insanların gözdən itib. Qorxmuş qonaqlar fövqəladə hadisə yerinə təcili yardım çağırıb.

Fövqəladə hadisə yerinə gələn meşə təsərrüfatı nümayəndələri binanın ikinci mərtəbəsində bəbir aşkar ediblər: o, otaqlardan birində sınıq mebellərin arxasında gizlənib. Heyvan ram edilib, bundan sonra binadan çıxarılaraq təhlükəsiz yerə aparılıb. Meşə işçisinin sözlərinə görə, bəbir təxminən 80-90 kiloqram ağırlığında erkək olub. Kişi heyvanın təsadüfən Nepalla sərhəddəki qonşu bölgədən şəhərə girdiyini irəli sürüb.

Xilasetmə əməliyyatı təxminən üç saat davam edib. Bəbir tutularkən qonaqlar təxliyə edilib. Meşəçilər heyvanı götürən kimi bayram yenidən başlayıb.

Samir

 

 

 


 

0