ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə Ukrayna ilə bağlı elan olunmamış danışıqlara başlamaqla Qərb müttəfiqlərinin birliyini pozub.
HİT.az xəbər verir ki, bu barədə Fransanın “Le Monde” qəzeti yazıb.
"Donald Tramp Vladimir Putinlə sülh danışıqlarına başlamaqla müttəfiqlərin birliyini pozur”, deyə nəşr qeyd edib.
Məqalədə bildirilir ki, Tramp Ukraynada nizamlanma ilə bağlı avropalılara “danışıqlarda heç bir yer” vermək niyyətində deyil.
“Le Monde” yazır ki, Tramp Rusiya prezidenti ilə danışaraq bir neçə həftədir məxfi fikir mübadiləsinin mərkəzində olan sülh danışıqlarını açıq elan edib.
Fevralın 12-də Putinlə Tramp arasında telefon danışığı olub. İki lider arasında söhbət təxminən saat yarım davam edib. Prezidentlər razılaşıblar ki, Ukraynadakı münaqişəyə son qoyulmalıdır. Putin qeyd edib ki, Ukraynada uzunmüddətli nizamlanmaya danışıqlar yolu ilə nail olmaq olar. Eyni zamanda, Rusiya lideri “münaqişənin əsas səbəblərini aradan qaldırmağın” tərəfdarı olduğunu bildirib və amerikalı həmkarının ABŞ və Rusiyanın birgə işləmək vaxtının yetişməsi tezisini dəstəkləyib.
Samir