İqtisadçı: "Milli borc azalmasa, ABŞ iqtisadiyyatı "infarkt" keçirəcək"

DÜNYA
21:28 / 13.02.2025
39

"ABŞ iqtisadiyyatı rekord həddə yüksək dövlət borcunun fonunda "infarkt" riski ilə üzləşib". 

HİT.az xəbər verir ki, bu fikri CNBC telekanalına müsahibəsində əfsanəvi amerikalı investor Rey Dalio deyib.

Dalio dövlət borcunun vəziyyətini çox ciddi siyasi problem adlandırıb. İnvestorun fikrincə, Amerika hakimiyyəti ABŞ-ın büdcə kəsirini ÜDM-in 7,5%-dən 3%-ə endirməyi öhdəsinə götürməli və ya istefa verməlidir.

Yanvarın ikinci yarısında ABŞ Maliyyə Nazirliyinin mətbuat xidməti ölkənin dövlət borcunun yanvarın ortalarında 36,174 trilyon dollara çatdığını bildirib. Bu fonda ABŞ hökuməti borc tavanının ləğvindən bir il yarım sonra sabit səviyyəyə qayıtmaq qərarına gəlib.

Eyni zamanda, ABŞ Konqresinin Büdcə Ofisi hesabat yayıb ki, ona görə, ABŞ-ın 2025-ci maliyyə ilində federal büdcə kəsiri 1,9 trilyon dollar, 2035-ci ilə qədər isə 2,7 trilyon dollara qədər arta bilər, yəni dövlət borcunun məbləği 36 trilyon dollardan 52 trilyon dollara yüksələcək.

Samir

0