Ərdoğan: ABŞ Yaxın Şərqlə bağlı səhv hesablama aparır

DÜNYA
16:50 / 14.02.2025
130

"ABŞ Yaxın Şərqlə bağlı yanlış hesablama aparır, ABŞ-ın bundan heç bir qazancı yoxdur".

HİT.az xəbər verir ki, bu barədə jurnalistlərə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"Bu coğrafiyada əzabın olmadığını iddia etməklə ABŞ heç nə qazanmır. Sionistlərin yalanları və bu coğrafiya üzərində oynamaq yaradan başqa bir şey gətirməyəcək. Bu, yanlış yoldur", deyə Ərdoğan bildirib.

Fevralın 4-də ABŞ prezidenti Donald Tramp fələstinlilərin oradan qonşu ölkələrə köçürülməsindən sonra Qəzza zolağına nəzarəti ələ keçirmək niyyətində olduğunu açıqlayıb. Amerika lideri İsrailin baş naziri Benyamin Netanyahu ilə keçirdiyi mətbuat konfransında ABŞ-ın regionun yenidən qurulması və iş yerlərinin yaradılması, həmçinin partlamamış hərbi sursat və digər silahlardan yaranan təhlükənin aradan qaldırılması üçün məsuliyyət daşıyacağını vəd edib. Tramp bundan sonra ABŞ-ın Qəzzanı "çox yaxşı" idarə edəcəyini, lakin onu almaq niyyətində olmadığını bildirib.

Bu arada, ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq gələn həftə Avropa Komissiyasının sədri Ursula fon der Leyen ilə görüşəcək. Bu barədə Avropa İttifaqının (Aİ) əsas icra orqanının nümayəndəsi Arianna Podesta mətbuat konfransı zamanı bildirib.

Onun sözlərinə görə, danışıqlar fevralın 17-nə planlaşdırılıb: "Fon der Leyen Kelloqu burada, Avropa Komissiyasında qəbul edəcək".

Fevralın 12-də Amerika lideri Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub və onlar Ukrayna böhranının daha da həlli məqsədilə danışıqlara başlamaq barədə razılığa gəliblər. Fevralın 14-də ABŞ-ın müdafiə naziri Pit Heqset mətbuat konfransı keçirərək, Aİ-nin münaqişə ilə bağlı qarşıdakı təmaslarda iştirakının mümkünlüyünü istisna etmədiyini bəyan edib. Eyni zamanda o vurğulayıb ki, Ukraynanın gələcək sərhədləri onun lideri Volodimir Zelenski ilə Rusiya Federasiyasının prezidenti arasında aparılan danışıqlardan sonra müəyyən edilməlidir.

Həmin gün Macarıstanın baş naziri Viktor Orban Aİ-ni danışıqlar masasına oturmaq üçün öz siyasətinə yenidən baxmağa çağırıb. Baş nazir qeyd edib ki, müvafiq görüşlərdə iştirak üçün mübarizə aparmalıyıq.

Samir

0