Kolumbiyalı narkotik baronu Pablo Eskobar kitablarda, mahnılarda və televiziya yaradıcılığında ölümsüzləşdirilərək dünya miqyasında bir mədəniyyət simvoluna çevrilib.
HİT.az xəbər v verir ki, Kolumbiyada fotoşəkilləri və adı fincanlarda, açarlıqlarda, futbolkalarda satışa çıxarılan Eskobarın yüksəldilməsinə son qoyacaq bir qanun layihəsi hazırlanıb.
Kolumbiya Konqresinə təqdim olunan layihə ilə ən azı 4 min qətldə məsuliyyət daşıyan Eskobar məhsullarına qadağa qoyulacaq.
Təqdim olunan qanun Eskobar daxil olmaqla cinayətkarları dəstəkləyən geyim və əşyaların satışını, istifadəsini və daşınmasını qadağan edəcək. Qadağanı pozanlara pul cəzası veriləcək.
Samir