Astronom: Asteroidin Yerə çırpılma təhlükəsi sərt tədbirlər tələb edə bilər

DÜNYA
18:50 / 14.02.2025
164

Yeni kəşf edilən 2024 YR4 asteroidinin Yerə toqquşma ehtimalının 2,3%-ə yüksəlməsi mütəxəssislər arasında narahatlıq doğurur. Böyük Britaniyalı astronom və jurnalist Devid Uaythausun sözlərinə görə, bu kosmik cismin təhlükəli trayektoriyadan yayındırılması üçün nüvə silahından istifadə olunması lazım gələ bilər. 

HİT.az xəbər verir ki, o, bu fikrini Sky News telekanalına müsahibəsində səsləndirib.

Uaythaus vurğulayıb ki, nüvə silahının tətbiqi yalnız 2025-ci ilin mart ayında Ceyms Uebb Teleskopu vasitəsilə aparılacaq müşahidələrin NASA-nın asteroidin ölçüləri (90 metrə qədər) ilə bağlı qiymətləndirməsini təsdiqlədiyi halda nəzərdən keçirilməlidir.

Onun sözlərinə görə, asteroidin trayektoriyasını dəyişdirmək üçün hazırlıq işlərinə 2028-ci ildə, onun Yerə yenidən yaxınlaşacağı vaxt başlamaq lazımdır.

Jurnalist Keyt Arklis Qrey isə bildirib ki, bu ölçüdə olan bir asteroidin Yerə düşməsi böyük şəhərlərə ciddi ziyan vura bilər.

Bundan əvvəl Çinin 2024 YR4 asteroidinin Yerə toqquşma ehtimalına qarşı planetar müdafiə sistemi yaratmağa başladığı məlum olub. Çin Dövlət Müdafiə Elmi, Texniki və Sənaye İdarəsinin nəzdində fəaliyyət göstərən Xüsusi Layihələr Mərkəzi bu məqsədlə üç vakansiya üzrə işçi axtarışına başladığını elan edib.

Samir

0