Xəzərin suyu niyə qırmızı rəngə boyanıb?

DÜNYA
16:56 / 16.02.2025
149

Qazaxıstan sahillərində Xəzər dənizinin suyunun qırmızı rəngdə olmasını əks etdirən kadrlar yayılıb.

Yeniavaz.com “Kazinform”a istinadla xəbər verir ki, sakinlər qeyri-adi vəziyyətdən narahat olub və ekoloqlara məlumat veriblər.

Lakin Mangistau Regional Ekologiya Departamentinin məlumatına görə, narahatlığa əsas yoxdur, bu təbii hadisədir.

Departamentinin mütəxəssisləri dəniz suyunun tərkibində kimyəvi maddələrin və neft məhsullarının olub-olmamasını müəyyən etmək üçün analizlər aparıblar.

“Təhlillərin nəticələrinə görə, heç bir çirkləndirici maddə aşkar edilməyib. Hər şeyin normal olduğu ortaya çıxıb. Yosunlar suya tünd qəhvəyi və qırmızı rəng verir. Qar yağan zaman bu hal daha da qabarıq formada üzə çıxıb. Yosunlar dayaz sularda, xüsusən də sahilimiz boyu böyüyür. Suyun rəngi onların mövcud olduğu yerlərdə dəyişir”, - departamentdən təhlillərin nəticələrinə dair verilən açıqlamada deyilir.

Mangistau Regional Ekologiya Departamentinin rəhbəri Kaysar Nadirbek deyib ki, onlar bu haldan xəbərdar olduqları halda, məsəələni dəqiqləşdirmək üçün suyun vəziyyətini bir daha yoxlayıblar.

Aktaulu ekoloq Kirill Osinin sözlərinə görə, bu hadisə hər il qışda baş verir:

“Çünki bu zaman yosunlar çoxalır və çiçək açır. Qırmızı rəng qar yağanda xüsusilə qorxulu görünür. Bu, əsasən qəhvəyi yosunlardır”.

0