Fransız cərrahın iyrənc əməlləri ifşa olundu: Narkoz altında uşaqlara təcavüz...

DÜNYA
14:58 / 17.02.2025
70

Fransada uşaq istismarında ittiham olunan şəxs məhkəmə qarşısına çıxarılacaq. 

HİT.az xəbər verir ki, bu barədə "İndependent" yazıb.

Nəşrin məlumatına görə, 74 yaşlı Coel Le Scouarnek adlı cərrah 30 il ərzində gənc xəstələrinə təcavüz edib. 2005-ci ildə o, uşaqlarla bağlı uyğun olmayan material saxlamaqda ittiham olunub. Ancaq artıq 2006-cı ildə xəstəxanada vəzifə alıb və uşaqlarla işləməyə davam edib.

2017-ci ildə həkim altı yaşlı qonşunun oğlunu və daha üç uşağını zorlayıb, bundan sonra o, 15 il həbs cəzası alıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırmalarını davam etdirib və məlum olub ki, cərrahın əməlindən 299 nəfər zərər çəkib. Onların çoxu uşaqdır və həkim narkoz altında olarkən bəzilərinə təcavüz edib.

Belə ki, 2007-ci ildə əməliyyatdan sonra cərrah 10 yaşlı uşağın ailəsini onu gecəni xəstəxanada saxlamağa razı salıb. Gündəliyində Le Scouarnek həmin gecə uşağa necə təcavüz etdiyini təsvir edib.

Prokurorlar bildiriblər ki, Le Scouarnek uşaqlara qarşı çoxsaylı cinayətləri etiraf edib. Vəkillər şərh verməkdən imtina ediblər.

Həkim fevralın 24-də mühakimə olunacaq. Nəşrin məlumatına görə, bu hadisə Fransanın bütün tarixində qurbanların sayına görə ən böyük uşaq zorakılığı hadisəsi olub.

Samir
 

0