"Nature": Yerin nüvəsi yavaşlayıb və 15 il ərzində dayana bilər

DÜNYA
19:16 / 18.02.2025
111

Alimlər bildiriblər ki, Yerin daxili nüvəsi 15 il ərzində dayana bilər. 

HİT.az xəbər verir ki, bu barədə "Nature" jurnalı məlumat yayıb.

Yerin mərkəzində təxminən 1,3 min km radiusa malik qızdırılmış nüvə yerləşir. Bu nüvə nikel və dəmirdən ibarətdir və maye xarici halqayla əhatə olunub. Öz növbəsində, bu halqa 30 kilometr dərinlikdən başlayaraq yer səthindən təxminən 2,9 min km aşağıda bitən mantiya ilə əhatə olunub. Mütəxəssislər qeyd ediblər ki, nüvə planetin maqnit sahəsinin formalaşmasında mühüm rol oynayır.

Alimlər xatırladıblar ki, Yerin daxili nüvəsi 1970-ci illərin əvvəllərindən qərbdən şərqə doğru fırlanırdı. 2009–2010-cu illərdə onun fırlanması tamamilə dayandı. Hal-hazırda nüvə yavaş hərəkət edir və yer səthinin fırlanmasına nisbətən əks istiqamətdədir.

Nüvənin fırlanma istiqamətinin dəyişməsi onun maqnit sahəsinin yaranmasındakı rolu ilə əlaqələndirilir. Bu proses geodinamo adlanır — müəyyən bir maye hərəkəti zamanı maqnit sahəsinin öz-özünə yaranması effekti. 2040-cı ilə qədər daxili nüvə dayana bilər, bundan sonra isə ehtimal ki, yenidən planetin özü kimi eyni istiqamətdə fırlanmağa başlayacaq.

Samir

0