Su tapançası ilə banka girdi, 60 min dollar oğurladı

DÜNYA
23:34 / 18.02.2025
135

Amerikalı qadın su tapançası ilə bankdan 60 min dollar oğurlayıb. 

HİT.az xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.

Siara Braskom Nyu Cersi ştatının Prinketon şəhərindəki "TD Bank" filialında görünüb. Tibbi maska, qırmızı eynək və göy papaq taxan 39 yaşlı qadın kassirə yaxınlaşanda oyuncaq silahı cibindən çıxarıb. Ona “pulu ver” yazılmış qeydi verib və bankın həyəcan siqnalı işə düşərsə, silahdan istifadə edəcəyi ilə hədələyib. İkinci kassa soyğunçunu bank kassasına aparıb və o, pulu götürərək qaçıb.

Hüquq-mühafizə orqanları şübhəli şəxsi müəyyənləşdirib, onu saxlayıb və ittiham ediblər. Qadın səlahiyyətlilərə etiraf edib ki, onu bankı soymağa müəyyən maliyyə çətinlikləri sövq edib. Cinayəti törətməyi planlaşdırarkən, o, daha real görünməsi üçün xüsusi olaraq oyuncaq silah, eləcə də bir qutu qara sprey boya alıb. Günahı sübuta yetirilərsə, qadını 20 ilə qədər həbs və 250 min dollar cərimə gözləyir.

Samir
 

0