Çində kilolu həkim xəstələri ruhlandırmaq üçün 42 gündə 25 kq arıqlayıb.
HİT.az xəbər verir ki, bu barədə "South China Morning Post" yazıb.
Mərkəzi Çindən olan 31 yaşlı cərrah Vu Tianqenq cəmi 42 gündə 25 kiloqram arıqlayıb və hətta bodibildinq yarışlarında bir neçə mükafat qazanıb. 2024-cü ildə həkimin çəkisi 97,5 kq idi və yüngül qaraciyər yağlanmasından əziyyət çəkirdi. Səhhətinin pisləşməsi həkimi həyat tərzi haqqında düşünməyə vadar edib.
"Özümü xilas edə bilmirəmsə, başqalarını necə xilas edə bilərəm?", deyə o bildirib.
Tiangenq gündə ən azı iki saat məşq və altı saat yuxu daxil olmaqla intensiv məşq və qidalanma planı hazırlayıb. Vu hər gün səhər saat 5:30-da işdən əvvəl bir saat aerobik məşq etmək üçün oyanıb, sonra isə növbədən sonra bir saat daha məşğul olub. Yarışdan əvvəl o, məşqini gündə dörd dəfəyə qədər artırıb.
Həkim hesab edir ki, onun "yağlı adam"dan "cənab bədən tərbiyəsi"nə çevrilməsi onun bir çoxu piylənmədən əziyyət çəkən xəstələri üçün motivasiya ola bilər. Son bir neçə il ərzində həkim 100-dən çox insana müvəffəqiyyətlə arıqlamağa kömək etmişdir. O vurğulayır ki, nəticə əldə etmək üçün sağlam həyat tərzi, o cümlədən adekvat yuxu, balanslaşdırılmış qidalanma, müntəzəm idman və pozitiv dünyagörüşü vacibdir.
Samir