Avropalı nazir: ABŞ-sız sadə hərbi problemləri belə həll edə bilmərik

DÜNYA
16:00 / 19.02.2025
92

Avropa İttifaqı (Aİ) ölkələrinin orduları ABŞ-ın iştirakı olmadan sadə hərbi vəzifələri belə həll etmək iqtidarında deyil. 

HİT.az xəbər verir ki, bu barədə Britaniyanın "Financial Times" (FT) qəzeti Avropa ölkələrindən birinin xarici işlər nazirinə istinadən yazır.

"ABŞ-sız biz tək bir mürəkkəb hərbi əməliyyat keçirə, hətta sadə tapşırıqları yerinə yetirə bilmərik", deyə mənbə nəşrə bildirib.

Rəsmi FT-yə bildirib ki, Aİ uzun mənzilli raketlər və digər silah sistemləri baxımından ABŞ-dan çox asılıdır.

Fevralın 14-dən 16-dək Almaniyada 61-ci Münhen Təhlükəsizlik Konfransı keçirilib. Əsas mövzulardan biri Ukrayna münaqişəsi olub. Konfransdan bir neçə gün əvvəl ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə ilk rəsmi söhbətini edib. Dövlət başçıları bir sıra məsələləri, o cümlədən Ukrayna böhranını və onun həlli yollarını müzakirə ediblər.

Münhendəki Amerika nümayəndə heyətinə vitse-prezident Ceyms Di Vens başçılıq edib. Siyasətçi Aİ hakimiyyətini tənqid edib və Ukrayna prezidenti Volodimir Zelenskini sülh danışıqlarına başlamağa çağırıb. Amerika hakimiyyətinin mövqeyi Avropa nümayəndə heyətlərinin başçılarını bir qədər şoka salıb.

Samir

0