Çinin Hunan əyalətinin İyan şəhərində avtomobil qəzası ilə başlayan tanışlıq evliliklə nəticələnib.
HİT.az bu barədə "Jimu News"a istinadən xəbər verir.
1989-cu il təvəllüdlü Li adlı kişi 2023-cü ilin 8 dekabrında elektrik velosipedi ilə hərəkət edən gənc bir qadını vurub. Hadisə zamanı Li 100 metr irəlilədikdən sonra dayana bilib, lakin dərhal qəza yerinə qayıdıb. Zərərçəkən yerə yıxılmış vəziyyətdə olsa da, Linin üzrxahlığını “hər şey qaydasındadır” deyərək qəbul edib.
Qadın dərhal xəstəxanaya çatdırılıb və körpücük sümüyünün sınığı diaqnozu qoyulub. Qəzanın günahkarı olan Li xəstəxanada onu tək qoymayıb, mütəmadi olaraq yanına gəlib, yemək gətirib və qayğısına qalıb. Onu ən çox təsirləndirən isə qızın valideynlərinin onu günahlandırmaması və pul tələb etməməsi olub.
Xəstəxanada keçən günlərdə onlar arasında dostluq yaranıb. Li yeni tanışının 2002-ci il təvəllüdlü olduğunu və kolleci yeni bitirdiyini öyrənib. Aralarındakı yaş fərqinə baxmayaraq, qız üç həftə sonra ona ilk olaraq sevgisini etiraf edib.
Li ilk öncə ona cavab verməsə də, sonradan bu münasibətə məsuliyyətlə yanaşmalı olduğunu düşünüb və qızı birlikdə kinoya baxmağa dəvət edib. Bundan sonra onların münasibəti daha da yaxınlaşıb.
2023-cü ilin sentyabrında qadın hamilə qaldığını öyrənib. Cütlük 6 fevral 2025-ci ildə Li-nin doğma şəhərində evlənib və birlikdə yeni həyata başlayıb.
Bu hadisə Çində böyük maraq doğuraraq, sosial mediada geniş müzakirələrə səbəb olub. Bir çox insan onların sevgi və bağışlama gücünü təcəssüm etdirdiyini düşünür.
Samir