Siyarto ABŞ-də Rusiyaya qarşı sanksiyaların ləğvini müzakirə edib

DÜNYA
09:19 / 20.02.2025
101

Macarıstanın xarici iqtisadi əlaqələr və xarici işlər naziri Peter Siyarto Vaşinqtonda ABŞ Maliyyə Naziri Skott Bessent ilə görüşdə Rusiyaya qarşı bəzi enerji sanksiyalarının ləğvi imkanlarını müzakirə edib.

 

“Report” xəbər verir ki, nazir bu barədə “M1” televiziyasına müsahibəsində deyib.

 

Onun sözlərinə görə, tərəflər Ukraynadakı münaqişə nə qədər tez həll edilərsə, bu sanksiyaların bir o qədər tez aradan qaldırılacağı barədə razılığa gəliblər:

 

“Əlbəttə, biz Bayden administrasiyası tərəfindən görülən və Macarıstanın enerji təhlükəsizliyinə xələl gətirən sanksiya tədbirləri məsələsini qaldırdıq. Bizə aydındır ki, sanksiyalar siyasətinin gələcəyi Ukraynada müharibənin nə qədər tez başa çatması ilə sıx bağlıdır. Ukraynada müharibə nə qədər tez dayandırılsa, beynəlxalq siyasi həyat normallaşacaq və biz müxtəlif sanksiyalardan tez qurtula biləcəyik. Beləliklə, bəlkə də biz sanksiyalar rejimlərini keçmişdə qoya bilərik”.

0