Polşanın baş naziri Donald Tusk bildirib ki, Ukraynanın məcburi təslim olması həm də bütün Qərbin məğlubiyyəti deməkdir və bunun bütün nəticələri olacaq...
Hit.az xəbər verir ki, baş nazir bu barədə X sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Ukraynanın məcburi təslim olması bütün Qərb ictimaiyyətinin kapitulyasiyası demək olacaq. Bu faktdan irəli gələn bütün nəticələri nəzərə almalıyıq. Heç kim bunu başa düşmədiyini iddia etməsin", deyə Tusk bildirib.
Fevralın 15-də Münhen konfransında Volodimir Zelenski Avropa İttifaqı ölkələrini Ukrayna ordusuna əsaslana biləcək Avropanın silahlı qüvvələri yaratmağa çağırıb. Ukrayna prezidenti ABŞ-ın Avropa ölkələrinə hərbi dəstəkdən imtina edə biləcəyini istisna etməyib və bəyan edib ki, Rusiya tərəfi alyansla mübarizə aparmaq niyyətində olmadığını dəfələrlə vurğulasa da, NATO ölkələrinə hücum edə bilər.
Eyni zamanda, Associated Press xəbər verib ki, Avropa artıq Ukraynaya göndəriləcək Avropa qüvvələrinin birgə qrupunun yaradılması ilə bağlı gizli danışıqlar aparır.
Samir