Son bir ayda Aralıq dənizində üç tanker partlayışlar nəticəsində zədələnib...
Hit.az xəbər verir ki, bu barədə Reuters gəmiçilik təhlükəsizliyi sahəsində mənbələrə istinadən məlumat yayıb.
"Son bir ay ərzində Aralıq dənizində üç neft tankerində ayrı-ayrı insidentlərdə partlayışlar baş verib, onların səbəbləri məlum deyil. Yanvarın sonunda Thenamaris tərəfindən idarə olunan Seacharm neft tankeri Türkiyənin Ceyhan limanı yaxınlığında zədələnib. Fevral ayında Liberiya bayrağı altında üzən Grace Ferrum kimyəvi tanker Liviya sahillərində zədələnib", deyə agentlik xəbər verir.
Zədələnmiş tankerlərdən biri olan Grace Ferrum partlayışdan sonra xilasetmə əməliyyatlarına ehtiyac duyub. Agentlik hesablayıb ki, tankerlərlə bağlı indiki insidentlər son bir neçə onillikdə ilkdir - Aralıq dənizində uzun illərdir ki, qeyri-hərbi gəmilər belə zədələnməyib.
Digər oxşar hadisə İtaliyanın Savona şəhərinin limanında, Maltanın Sea Jewel tankerində baş verib.
Neftin boşaldılması zamanı iki partlayış baş verib, səbəbləri hələ müəyyən edilməyib.
Samir