Pentaqon rəhbəri Pit Heqset Ukrayna rəsmiləri ilə şəxsi söhbətlərində ABŞ-ın Amerika qoşunlarının böyük bir hissəsini Avropadan çıxarmağı nəzərdən keçirdiyini bildirib.
Hit.az xəbər verir ki, bu barədə ABŞ hökumət rəsmilərinə istinadən NBC telekanalı məlumat yayıb.
Fevralın 17-də "Financial Times"ın köşə yazarı Gideon Raçman yazıb ki, ABŞ Ukrayna ilə bağlı Rusiya ilə danışıqlar fonunda Latviya, Litva və Estoniyadan Amerika qoşunlarını tezliklə çıxara bilər. Jurnalist qeyd edib ki, avropalılar Vaşinqtonu arxalana biləcəkləri müttəfiq kimi görməkdən əl çəkiblər.
NBC telekanalının məlumatına görə, Heqset Ukrayna prezidenti Volodimir Zelenskiyə görüş zamanı Vaşinqtonun Amerika qüvvələrinin böyük bir hissəsini Avropadan çıxarmağı düşündüyünü deyəndə ukraynalı rəsmiləri çaşdırıb.
Telekanal qeyd edib ki, Amerika hökumət rəsmilərinin açıqladığı plan Ukrayna nümayəndələrini narahat edib. Məlumdur ki, qoşunların çıxarılması təşəbbüsü ABŞ-ın diqqətini Asiya-Sakit okean regionuna və Meksika ilə sərhədə yönəltmək istəməsi fonunda nəzərdən keçirilir.
Samir