Ağcaqanad öldür, pul qazan - Filippində qeyri-adi qərar

DÜNYA
21:40 / 20.02.2025
102

Manilanın (Filippin) şəhər sərhədləri daxilində yerləşən Addition Hills kəndinin səlahiyyətliləri sakinlər tərəfindən öldürülən hər beş ağcaqanad üçün 1 peso ödəməyə başlayıb. Onlar bu yolla həşəratların daşıdığı virus olan Danq qızdırması ilə mübarizəyə töhfə vermək qərarına gəliblər. 

Hit.az xəbər verir ki, bu barədə Londonun “The Guardian” nəşri məlumat yayıb.

Filippində qızdırma halları artmaqdadır. Ölkənin Səhiyyə Nazirliyi təkcə yanvar ayında bu xəstəliyə 28 min yeni yoluxma faktının qeydə alındığını bildirib. Bu, ötən ilin yanvar ayı ilə müqayisədə 40% çoxdur.

"Addition Hills" təşəbbüsü bundan məmnun olmayan milli hakimiyyət orqanlarının diqqətini çəkib. Səhiyyə Nazirliyinin nümayəndəsi artıq qeyd edib ki, “ağcaqanadlar üçün pul” proqramı nəzərdə tutulandan fərqli nəticələrə gətirib çıxara bilər. İnsanlar gəlir əldə etmək üçün ağcaqanad yetişdirməyə başlaya bilərlər.

Samir

0