Niderland 15-19-cu əsrlərə aid əsərləri Nigeriyaya qaytaracaq

DÜNYA
18:08 / 20.02.2025
104

Nigeriya hakimiyyət orqanlarının tələbi ilə Niderlandın Mədəniyyət Nazirliyi ölkə muzeylərinin kolleksiyalarında olan 113 mədəni-tarixi irsini - Benin bürünclərini həmin ölkəyə qaytaracaq. 

Hit.az xəbər verir ki, Niderland mədəniyyət naziri Eppo Bruynsin sözlərinə görə, ölkə bu qərarla bu gün də hiss olunan tarixi ədalətsizliyin düzəltməsinə öz töhfəsini verir.

Benin Bürüncləri 15-19-cu əsrlərdə indiki Nigeriya ərazisində yerləşən Benin Krallığından olan sənətkarlar tərəfindən hazırlanmış bürünc və ya mis əşyalardır. 1897-ci ildə Britaniya qoşunları krallığın torpaqlarını işğal edib, Benin üsyanını yatırdı və oradan xəzinələri və mədəni sərvətləri Böyük Britaniyaya aparıb. Zaman keçdikcə bu əşyalar Avropa muzeylərində, xüsusən Leydendəki Etnoqrafiya Dünya Muzeyinin kolleksiyasında toplanıb. Leyden muzeyinin Nigeriyaya qaytaracağı 113 artefakt arasında bürünc və mis heykəlciklər, tabletlər, saç bəzəkləri və s. var.

Bundan əlavə, 1897-ci ildə Benin Krallığından götürülmüş daha altı əsər Rotterdam bələdiyyəsi tərəfindən Nigeriyaya qaytarılacaq. 

Son illərdə Nigeriya hakimiyyəti artefaktları vətənlərinə qaytarmaq üçün müntəzəm və israrla Avropa muzeylərinə müraciət edib. Və bəzi hallarda uğur qazanırlar. Belə ki, 2023-cü ildə Kölndəki Rautenstraux-Joest Etnoqrafik Muzeyi öz kolleksiyasından bəzi əşyaları Nigeriyaya, 2022-ci ildə isə Londondakı Horniman Muzeyi də eyni şeyi edib.

Samir

0