İtaliya Milli Jurnalistlər Federasiyası (FIEG) Roma prokurorluğuna şikayət ərizəsi ilə müraciət edərək, ölkə hökumətinə qarşı cinayət işinin açılmasını tələb edib. Hit.az xəbər verir ki, jurnalistlər həmkarlar ittifaqı İtaliya hökumətini və parlamentini jurnalistlərə və hökuməti tənqid edənlərə qarşı “Graphite” casus proqramından istifadə ilə bağlı suallara cavab verməkdən imtina etməkdə ittiham edib.
Yanvar ayında İtaliya mediası İtaliya kəşfiyyat xidmətlərinin telefonlarına "Graphite" quraşdıran şəxslər arasında araşdırmaçı jurnalist Françesko Canselato olduğunu yazmışdı.
Daha sonra “The Guardian” öz mənbələrinə istinadən yazıb ki, “Graphite”in yaradıcısı olan İsrailin “Paragon” şirkəti jurnalistlərə qarşı proqram təminatının istifadəsini qadağan edən qaydalarını pozduğu üçün İtaliya hakimiyyəti ilə müqaviləni ləğv edib. Parlament kəşfiyyat xidmətlərinin öz işlərində proqram təminatından istifadə etdiyini etiraf edib, lakin jurnalistlərə nəzarəti inkar edib.
Lakin FIEG buna şübhə ilə yanaşır: “Françesko Canselato İtaliyada ona qarşı istifadə edilən yeganə jurnalist idi? Düşünürük ki, yox".
Birliyin baş katibi Alessandra Konstante deyib: “Biz aydınlıq istəyirik. İstəyirik ki, jurnalistlər öz işlərini (məlumatları əlsə etmə) riski olmadan edə bilsinlər".
FIEG hansı agentliklərin casus proqramlardan istifadə edə biləcəyi, hansı hallarda və s. haqqında məlumatın açıqlanmasını tələb edir.
Bir neçə gün əvvəl İtaliyanın baş naziri Corcia Meloni onu "faşist" və "nasist" adlandıran "Plasebo" müğənnisi Brayan Molkonu məhkəməyə verib.
Samir