Qadın hovuzda kontakt linza taxdı, kor oldu

DÜNYA
23:53 / 20.02.2025
149

Amerikalı qadın hovuzda üzərkən taxdığı linzalar üzündən kor olub.

Hit.az xəbər verir ki, bu barədə "Daily Mail" yazır.

Peşəkar xilasedici və üzgüçülük üzrə məşqçi olan 53 yaşlı Maurin Kronin hovuzda konkatk linza taxıb və buynuz qişasına parazitlər daxil olduqdan sonra sağ gözünün görmə qabiliyyətini itirib.

Amöba infeksiyası kornea transplantasiyası və uzunmüddətli xəstəxanaya yerləşdirmə ehtiyacı da daxil olmaqla, ağır fəsadlarla nəticələnib.

Kronin kontakt linzalarını taxarkən uşaqlara özəl üzgüçülük dərsləri verdiyini söyləyib. Ancaq tezliklə sağ gözündə şiddətli ağrı hiss edib. Oftalmoloqa müraciət etdikdən sonra ona buynuz qişasının yırtılması diaqnozu qoyulub və damcı təyin edilib, lakin vəziyyəti pisləşməkdə davam edib.

Problemin şirin və duzlu suda, torpaqda və üzgüçülük hovuzları kimi süni su hövzələrində yaşayan amöbanın yaratdığı nadir infeksiya olan Acanthamoeba keratiti ilə bağlı olduğu ortaya çıxıb. Üzgüçülük zamanı və ya su ilə təmasda olarkən kontakt linzaların taxılması infeksiya riskini artırır, çünki amöba buynuz qişadakı mikro çatlar vasitəsilə gözə daxil ola bilir.

Qadın Nyu Yorkdakı Stony Brook Universiteti Xəstəxanasında 48 gün yatıb. 2024-cü ilin sentyabrında o, buynuz qişasının transplantasiyası əməliyyatı keçirib, lakin transplantasiya alınmayıb. Maurin artıq sağ gözündən demək olar ki, tamamilə kordur və ikinci buynuz qişa transplantasiyasını gözləyir: 

“İndi mən suya yaxın olmaqdan qorxuram. Mən hətta eynəklə duş alıram".

Qadın iddia edir ki, ona heç vaxt suda linzalardan istifadənin riskləri barədə məlumat verilməyib. İndi o, ABŞ-da Acanthamoeba keratiti haqqında məlumatlılığı artırır, başqalarını suyun yaxınlığında linza taxmağın təhlükələri barədə xəbərdarlıq edir.

Samir

0