Viktor Orban: Yüksək enerji xərcləri Aİ iqtisadiyyatını məhv edəcək

DÜNYA
19:57 / 21.02.2025
90

Macarıstanın baş naziri Viktor Orban Avropa iqtisadiyyatını yüksək enerji qiymətləri ilə məhv edə biləcəyindən qorxur. 

Hit.az xəbər verr ki, o, bu barədə "Kossuth" radiostansiyasının efirində bildirib.

Macarıstanın baş naziri xatırladıb ki, 2024-cü ildə Avroa İttifaqı ölkələri qaz və neftin qiymətinin aşağı salınması üçün tədbirləri nəzərdə tutan bəyannamə qəbul ediblər.

"Lakin mən qorxuram ki, bizim böyük birgə vədimiz yerinə yetirilməyəcək və bizdə enerji qiymətləri hələ də yüksək olacaq. Avropada enerji qiymətləri yüksəlir və bu, iqtisadiyyatı dağıdacaq", deyə Orban bildirib.

Onun fikrincə, Ukrayna münaqişəsinin mümkün həlli vəziyyəti yaxşılaşdıra bilər, lakin Orban Avropa İttifaqının hazırkı liderlərinin Macarıstanın iqtisadi vəziyyətinə müsbət təsir edəcək idarəetmə qərarları qəbul edə biləcəyinə inanmır.

Fevralın 12-də Orban bəyan edib ki, Aİ vətəndaşların, o cümlədən Ukraynadakı münaqişə ilə bağlı maraqlarına cavab verməyən siyasət aparır. Onun sözlərinə görə, Avropada insanların çoxu sülh istəyir və Avropa İttifaqının rəhbərliyi “Rusiyaya qarşı müharibədə” qalib gəlmək istəyir.

Samir

0