"Rusiyanın Ukraynada sülh yaratmaq arzusu yoxdur".
Hit.az xəbər verir ki, bu qənaətə Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi rusiyalı həmkarı Sergey Lavrovun G20 diplomatlarının görüşündə çıxışını dinlədikdən sonra gəlib.
Lemmi görüşün kənarında "Reuters" agentliyinə deyib:
"Biz danışıqlar yolu ilə həll yoluna yaxın deyilik".
O qeyd edib ki, rusların dediklərinə və Lavrovun çıxışına qulaq asanda onların həqiqətən sülhə nail olmaq istəyini görmür.
"Bu, kritik bir məqamdır, Avropanın müdafiə xərclərini artırması lazımdır" deyən Lemmi Britaniyanın ÜDM-in 2,5%-ni bu məqsədə xərcləmək məqsədini və Ukraynaya kömək edəcəyinə söz verərək bildirib.
"Biz Ukraynaya lazım olan müddətdə hər il 3 milyard dollar ayırmağı öhdəlik götürmüşük", deyə nazir vurğulayıb.
Nəşr xatırladıb ki, ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinə Ukrayna və Avropa ilə əvvəlcədən məsləhətləşmədən müharibənin dayandırılmasını müzakirə etmək üçün zəng edərək avropalı müttəfiqlərini heyrətə salıb.
"Biz prezident Trampla bu barədə (Ukrayna üzrə danışıqlar barədə) daha ətraflı danışmaq fürsətini gözləyirik. Biz tamamilə aydın başa düşürük ki, Ukraynanın rolu var, o, bu danışıqların mərkəzində olmalıdır", deyə Lemmi deyib.
Samir