Papa Fransisk səhhətinə görə vəzifəsini yerinə yetirə bilməsə, sələfi XVI Benedikt kimi taxtdan imtina edə bilər.
Hit.az xəbər verir ki, nu fikri kardinal Canfranko Ravasi “Corriere della Sera” qəzetinə müsahibəsində deyib.
“Əgər Papa Fransisk papalıq vəzifələrini yerinə yetirməkdə çətinlik çəksə, seçimini edəcək. Düşünürəm ki, o, istefa vermək qərarına gələ bilər. Qərar vermək onun ixtiyarındadır, son söz odur. Yubiley ilini ümidə həsr etmək onun böyük arzusudur. Bu, onun üçün vacibdir", deyə kardinal bildirib.
Fevralın 14-də 88 yaşlı Papa xəstəxanaya yerləşdirilib və həkimlər ona tənəffüs yollarının infeksiyası diaqnozu qoyublar. Bu səbəbdən Frensisk Slovakiyanın baş naziri Robert Fiko və CNN-in baş direktoru Mark Tompsonla görüşlərini ləğv etməli olub.
Fevralın 19-da İsveçrə qvardiyasının Papa ölümü ilə vida mərasimininə məşq etdiyi barədə xəbərlər yayılıb. Lakin sonradan onun təhlükəsizliyi bu məlumatı təkzib edib. Frensiskin vəziyyətinin stabil olduğu məlum olub.
Samir