İsveçrə qadın təkbaşına səyahət edən turistlər üçün dünyanın ən təhlükəsiz ölkəsi seçilib.
HİT.az xəbər verir ki, "iVisa" tərəfindən aparılan yeni bir araşdırmaya görə, bu Alp ölkəsində qadınların yalnız 2%-i kişilər tərəfindən zorakılığa məruz qaldıqlarını bildiriblər.
Eyni zamanda, İsveçrədə ümumi cinayət nisbəti aşağı, təhlükəsizlik səviyyəsi isə yüksəkdir. Ölkə həmçinin xüsusilə dağ mənzərələri ilə gözəl təbiəti, mükəmməl infrastrukturu, mehriban insanları və yüksək keyfiyyətli şokoladı ilə məşhurdur.
Reytinqdə ikinci yeri İrlandiya tutub ki, bu ölkə də qadın turistləri təbiət gözəlliyi və təhlükəsizliyi ilə cəlb edir. Üçüncü yerdə isə Kanada var ki, burada qadınlar təhlükəsizlik və əşyaları ilə bağlı narahatlıq hissi olmadan azadlıqla kəşf edə bilərlər.
Araşdırmanın müəllifləri qeyd edirlər ki, sorğuya qatılan qadınların 74%-i dünyanı təkbaşına gəzib və ya bunu etmək niyyətindədir. Qadınlar arasında təkbaşına səyahətin populyarlığının səbəbləri arasında öz marşrutunu müstəqil şəkildə planlamaq imkanı, yeni tanışlıqlar potensialı, özgüvən qazanma, özünü kəşf etmə və azadlıq hissi kimi amillər göstərilib.
Təhlükəsiz ölkələr:
İsveçrə
İrlandiya
Kanada
Finlandiya
İslandiya
İsveç
Norveç
Danimarka
Niderland
Avstriya
Yaponiya
Portuqaliya
İspaniya
Almaniya
Yeni Zelandiya
Belçika
Kosta-Rika
Avstraliya
Sloveniya
Fransa
Samir