ABŞ qeyri-qanuni immiqrantları xəstəlik bəhanəsi ilə deportasiya etmək istəyir

DÜNYA
17:39 / 24.02.2025
56

Birləşmiş Ştatlar qeyri-qanuni miqrantların yoluxucu xəstəliklər yayma təhlükəsi səbəbiylə ölkədən qovulmasına imkan verəcək qaydalar tətbiq etməyi planlaşdırır. 

HİT.az xəbər verir ki, bu barədə Amerika administrasiyasının daxili sənədlərinə istinadən CBS telekanalı məlumat yayıb.

"Qeyri-qanuni mühacirlərin vərəm kimi yoluxucu xəstəlikləri yayması ilə bağlı narahatlıqlara istinad edərək, ABŞ Səhiyyə Departamentinin və İnsan Xidmətlərinin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) ABŞ-a qeyri-qanuni yollarla daxil olmağa cəhd edən miqrantları ictimai sağlamlıq üçün təhlükə hesab edən bir sərəncam verməyə hazırlaşır", deyə mənbə qeyd edib.

Bundan əvvəl ABŞ Ədliyyə Nazirliyi qeyri-qanuni mühacirlərə ştat daxilində şəxsiyyəti təsdiq edən sənədləri əldə etməyə icazə verən qanuna görə Nyu-York ştatına qarşı iddia qaldırmışdı.

Fevral ayında Pentaqonun rəhbəri ABŞ üçün əsas təhdidlərin qeyri-qanuni immiqrantlar və “kommunist” Çin olduğunu bildirib.

Samir
 

0