Hindistanın Banqalor şəhərinin Abhişek adlı sakini film başlamazdan əvvəl çox uzun reklamlar yayımladığı üçün "PVR Cinemas" kinoteatrlar şəbəkəsinə qarşı məhkəmədə qalib gəlib.
HİT.az xəbər verir ki, bu barədə “India Today” saytı məlumat yayıb.
Kişi 2023-cü ilin dekabrında kinoteatra və "BookMyShow" bilet satışı saytına qarşı iddia qaldırıb. Filmin saat 16:05-də başlaması nəzərdə tutulsa da, nümayişi saat 16:30-a qədər başlamaması onu qəzəbləndirib. Abhişekin sözlərinə görə, 25 dəqiqəlik reklam onu işə gecikdirib.
"PVR Cinemas"ın vəkilləri məhkəmədə israr etməyə çalışıb ki, filmdən əvvəl reklam lazımdır - bu, gecikənlərə müraciət etmək üçün nəzərdə tutulub. Lakin hakim etiraz edib ki, film başlamazdan əvvəl tövsiyə olunan reklam müddəti 10 dəqiqədir. O, həmçinin qeyd edib ki, kinoteatrda əksər hallarda ictimai faydalı videolar yox, kommersiya reklamı göstərilir.
“Yeni dövrdə vaxt puldur. 25-30 isə kinoteatrda oturub lazımsız reklamlara baxmaq üçün çox uzun müddətdir. İş qrafiki olan insanların buna vaxtı yoxdur", deyə hakim bildirib.
Məhkəmə "PVR Cinemas"a mənəvi ziyan və məhkəmə xərcləri üçün Abhişek 28 min rupi ödəməyi tapşırıb. Kinoteatrlardan filmin faktiki başlama vaxtını da göstərmələri tələb olunub. Məhkəmə bilet satışı xidməti "BookMyShow"u cəzalandırmayıb, çünki şirkət kinoteatrların fəaliyyətinə cavabdeh deyil.
Samir