ABŞ Kosmik Qüvvələri "Qızıl Qübbə" milli raketdən müdafiə sisteminin (MDS) yaradılması məsələsi üzərində işləyəcək komanda yaradır.
HİT.az xəbər verir ki, bu barədə "Defense One" nəşri yazır.
"Kosmik Qüvvələrin hazırkı proqramlarından hansının prezidentin "Amerika üçün Dəmir Qübbə" təşəbbüsünü həyata keçirməyə kömək edə biləcəyini və hansının hələ də inkişafa ehtiyacı olduğunu qiymətləndirmək üçün ekspertlər qrupu toplayıb", deyə nəşr bildirib.
"Defense One"ın məlumatına görə, qrup bir neçə həftə ərzində öz işini başa çatdıracaq. Pentaqonun sözçüsü nəşrə bildirib ki, təşəbbüs rəsmi olaraq “Qızıl Qübbə” adlandırılıb.
2025-ci ilin yanvarında ABŞ prezidenti "Dəmir Qübbə" adlı milli raketdən müdafiə sisteminin yaradılması haqqında sərəncam imzalayıb. Sənəddə göstərilir ki, proqram kosmosda tutma imkanlarının yerləşdirilməsini əhatə edəcək. Sərəncam Pentaqonun "erkən fazada tutmağa qadir olan çoxsaylı kosmos-əsaslı tutucuların inkişafı və yerləşdirilməsi planlarını" təqdim etməsini tələb edir.
Samir