ABŞ kəşfiyyat qurumlarının işçiləri, Milli Təhlükəsizlik Agentliyinin (NSA) daxili platformasında əxlaqsız yazışmalarda iştirak etdikləri üçün işdən çıxarılacaq və onların məxfi məlumatlara giriş icazələri ləğv ediləcək.
HİT.az xəbər verir ki, bunu ABŞ Milli Kəşfiyyat Direktoru Tulsi Qabbard "Fox News" kanalına müsahibəsində bildirib.
"Mən bir direktiv yaydım ki, onların hamısı işdən çıxarılacaq və məxfi məlumatlara giriş icazələri ləğv ediləcək. Onlar NSA-nın peşəkar istifadə üçün nəzərdə tutulmuş platformasını belə dəhşətli davranış üçün həyasızcasına istifadə ediblər", deyə Qabbard bildirib.
"Fox News"un məlumatına görə, araşdırma kəşfiyyat qurumlarının işçilərinin cinsiyyət dəyişikliyi əməliyyatları, süni cinsiyyət orqanları, hormonal terapiya və s. kimi mövzuları müzakirə etdiyi qapalı çat yazışmalarından məlumat sızmasından sonra başlanıb. Yazışmalarda yüzdən çox insanın iştirak etdiyi və hamısının öz hərəkətlərinə görə məsuliyyət daşıyacağı bildirilib.
Qeyd edək ki, fevralın əvvəlində Senat Tulsi Qabbardı ABŞ Milli Kəşfiyyat Direktoru vəzifəsinə təsdiqləyib.
Samir