"Avropanın kokain kralı" adlandırılan Marko Ebben Meksikada güllələnərək öldürülüb.
HİT.az xəbər verir ki, Ebbenin qətli fevralın 13-də baş verib. Niderland əsilli narkotik satıcısı dünyanın ən çox axtarılan qaçaqlarından biri idi. Müstəntiqlərin fikrincə, o, dünyanın ən qəddar cinayət təşkilatlarından biri olan, minlərlə qətlə görə məsuliyyət daşıyan meksikalı Sinaloa karteli ilə uzun illər əməkdaşlıq edib.
2017-ci ildə Sinaloa rəhbəri Joaquin "El Chapo" Quzmanın həbsindən sonra kartel daxilində hakimiyyət mübarizəsi başlayıb. Ebbenin Quzmanın rəqibi İsmael "El Mayo" Zambadanın tərəfini tutduğu güman edilir. Bundan sonra o, hər an hücum təhlükəsi altında olub.
"Bild"in məlumatına görə, ununla belə, çox güman ki, onun qətlinin arxasında kokain kralı Ebbenin güman edilən dostları dayanır: onlar öyrəniblər ki, Meksikanın narkotiklərlə mübarizə bölməsi niderlandlının izinə düşüb və onu həbs etməyə hazırlaşır. Cinayətkarlar dindirmə zamanı danışa bilən hər kəsi aradan götürməyə qərar verirlər.
Qatillər Mexiko yaxınlığındakı Atizapan de Zaragoza şəhərindəki dəbdəbəli idman zalının qarşısında Marko Ebbeni pusquya salıblar. O, zirehli "Cadillac"ının bir neçə addımlığında dayanarkən güllələnib.
Samir