Bu ölkədə yeni doğulanların sayı 9 ildə ilk dəfə artdı

DÜNYA
22:17 / 26.02.2025
50

Cənubi Koreyada 2024-cü ildə doğulan körpələrin sayının 9 ildən sonra ilk dəfə atıb.

HİT.az xəbər verir ki, “Yonhap” agentliyinin məlumatına görə, Cənubi Koreyanın Statistika Agentliyi ölkədə doğum səviyyəsi ilə bağlı yenilənmiş məlumat yayıb.

2015-ci ildə 438 min 400 körpənin doğulduğu ölkədə 9 ildir davam edən doğum göstəricilərindəki azalma geri çəkilib. Müvafiq olaraq, 2024-cü ildə əvvəlki ilə nisbətən 3,6 faiz artımla 283 min 300 körpə doğulub və ölkədə son 9 ildə ilk dəfə doğum nisbətlərində artım qeydə alınıb.

Cənubi Koreyada “bir qadının həyatı boyu gözlənilən orta uşaq sayı” da 2023-cü ildəki 0,72-dən 2024-cü ildə 0,75-ə yüksələrək 9 ildə ilk dəfə artıb. Hökumətin 2030-cu ilə qədər bu rəqəmi 1-ə çatdırmağı hədəflədiyi bildirilir.

Statistika Qurumunun rəsmisi Park Hyun-Yeonq mövzu ilə bağlı açıqlamasında COVİD-19 epidemiyasından sonra evliliklərdəki artım tendensiyası davam etdiyinə diqqət çəkərək, 2024-cü ildə evlilik sayının 1996-cı ildən bəri ən yüksək rəqəm olduğunu bildirib.

Cənubi Koreya 2023-cü ildə 0,72 ilə ən aşağı doğum səviyyəsinə malik ölkələr arasında birinci yerdədir.

Samir

0