Elvis Preslinin malikanəsini satlşa çıxardı, 20 il həbs cəzası ala bilər

DÜNYA
23:33 / 26.02.2025
46

Elvis Preslinin Qreysland malikanəsini hərraca çıxarmaq cəhdinə görə amerikalı Liza Jeanin Findlini 20 il həbs cəzası gözləyir. 

HİT.az xəbər verir ki, bu barədə metro.co.uk məlumat yayıb.

Findli iddia edir ki, Preslinin qızı Lisa Mari 2023-cü ildə ölümündən qısa müddət əvvəl atasının mülkünü xüsusi kreditordan 3 milyon funt-sterlinq borc götürmək üçün girov qoyub. Preslinin qızı dünyasını dəyişəndə ​​Findli ailəsini təhdid etməyə başlayıb. O, Preslinin varisləri ona 2,25 milyon funt-sterlinq ödəməsə, Qreyslandı satacağını söyləyib.

Findli sənətçinin ailəsi ilə söhbətlərində özünü üç fərqli insan kimi göstərib. O, həmçinin dələduzluq üçün bir neçə saxta sənəd hazırlayıb və yerli qəzetdə malikanənin müsadirə olunması ilə bağlı saxta elan dərc edib.

Elvis Preslinin nəvəsi Rili Keuq saxta reklamı görəndə müraciət edib. O, anasının heç vaxt fırıldaqçıdan borc götürmədiyini və sənədləri təsdiqləmək üçün notariusla görüşmədiyini deyib.

Lisa Jeanin Findli iki ağırlaşdırılmış şəxsiyyət oğurluğunda ittiham olunur. O, günahını etiraf etməkdən imtina edib.

Samir

0