Bu ölkədə doğum səviyyəsi antirekord vurdu

DÜNYA
17:57 / 27.02.2025
62

Yaponiyada doğum səviyyəsi ötən il 721 min nəfərə düşüb, bu göstərici ilk dəfə qeydə alınan 1899-cu ildən bəri ən aşağı səviyyədir. 

HİT.az xəbər verir ki, bu barədə “Mainichi” qəzeti məlumat yayıb.

Aydın olur ki, bunlar həm köçmüş əcnəbilər, həm də başqa ölkələrə gedən yaponlar da daxil olmaqla ilkin rəqəmlərdir. Daha dəqiq illik statistika iyun ayında dərc olunacaq. Ola bilər ki, doğum 700 minə çatmasın.

2023-cü ildə doğum nisbəti təxminən 758 min idi. Əvvəllər Sosial Sığorta və Əhali Problemləri üzrə Elmi-Tədqiqat İnstitutu bu rəqəmin yalnız 2039-cu ilə qədər 720 minə düşəcəyini proqnozlaşdırmışdı.

Əhalinin təbii azalması, yəni ölənlərin sayı ilə doğulanların sayı arasındakı fərq, ilkin məlumatlara görə, ötən ilin sonunda 897,7 min nəfər təşkil edib. Bu, rekord göstəricidir.

Fevralın 15-də Yaponiya iqtisadiyyatının 2023-cü ilin dördüncü rübünün sonuna kimi tənəzzülə uğradığı bildirilib. Texniki tənəzzül bir ölkənin ÜDM-nin iki rüb ardıcıl olaraq azalmasıdır. İyul-sentyabr aylarında Yaponiyanın real ÜDM-i əvvəlki rüblə müqayisədə 0,8%, oktyabr-dekabr aylarında isə 0,1% azalıb.

Samir
 

0