Transgenderlər ABŞ ordusu xidmətdən tərxis olunacaq

DÜNYA
17:17 / 27.02.2025
69

ABŞ Müdafiə Nazirliyinin sənədinə görə, transgender hərbçilər xüsusi icazə almadıqları halda ordudan xaric edilməlidir. 

HİT.az xəbər verir ki, məhkəməyə təqdim olunan sənəddə nazirlik faktiki olaraq onların orduya getməsini və xidmətini davam etdirməsini qadağan edir.

ABŞ prezidenti Donald Tramp hələ yanvar ayında transseksual hərbçilərlə bağlı sərəncam imzalayıb. Burada xüsusilə qeyd olunur ki, özünü qadın kimi təqdim edən kişi “hərbi xidmətin tələb etdiyi təvazökarlığa və fədakarlığa cavab vermir”.

Fevral ayında ABŞ Müdafiə Departamenti artıq transgenderləri orduya cəlb etməyəcəyini və hərbçilərin cinsiyyətinin dəyişdirilməsi prosedurlarını yerinə yetirməyəcəyini və ya ödəniş etməyəcəyini bildirib. Yeni sənəd müvafiq məhdudiyyətlər baxımından daha da irəli gedir.

Samir

0