Fransa prezidenti Emmanuel Makron Avropanı ABŞ-ın yeni administrasiyasının gözlənilməz xarici siyasəti fonunda Amerikanın "xoşbəxt vassalı" olmaqdan əl çəkməyə çağırıb.
HİT.az bu barədə BFMTV-yə istinadən xəbər verir.
Portuqaliyaya iki günlük dövlət səfərində Makron avropalıları “risk, ambisiya və güc zövqünü kəşf etməyə” çağırıb. Qitə həmişəkindən daha vahid və güclü olmalıdır.
"Avropamızda "Amerikalılara qarşı yaxşı olmalıyıq, bu keçəcək, belimizi əyməliyik" deyən bir çox insan görürəm", deyən Makron cavabın "təslim olmaq deyil" olduğunu bildirib.
Onun sözlərinə görə, avropalılar bir şeyə əmin ola bilərlər: onlar birləşməlidirlər və həmişəkindən daha güclü olmalıdırlar.
Daha əvvəl Almaniyanın RND nəşri yazmışdı ki, Emmanuel Makron Avropa İttifaqında liderlik rolunu öz üzərinə götürür, lakin onun diplomatik səylərinin nəticə verməməsi ilə bağlı problem var.
Samir