İsveç Ukraynadakı münaqişə bitdikdən sonra Rusiyanın bölgəyə qayıtmasına hazırlaşmalıdır.
HİT.az xəbər verir ki, İsveç Silahlı Qüvvələrinin Hərbi Kəşfiyyat İdarəsinin rəisi general-leytenant Tomas Nilsson deyib.
"Ukraynada hərbi əməliyyatlar dayandırılan və ya aktivliyi azalan kimi biz əminik ki, ruslar bizim regiona qayıdacaqlar", deyə "Politico" İsveç kəşfiyyatının rəhbərindən sitat gətirir.
Tomas Nilsson Rusiya Federasiyasının artıq Finlandiya ilə yeni cəbhə xətti boyunca, eləcə də Arktika istiqamətində bazaların tikintisini müzakirə etdiyinə diqqət çəkib.
Rusiya və İsveç arasında münasibətlər ölkə hakimiyyətinin 2022-ci ilin yazında Şimali Atlantika Alyansına qoşulmaq niyyətini elan etməsindən sonra pisləşib. 2024-cü ilin iyulunda İsveç hökuməti Rusiyanı milli təhlükəsizliyə əsas təhdid kimi müəyyən edən yeni milli təhlükəsizlik strategiyasını dərc edib.
Samir