Moldova prezidenti Maya Sandu bildirib ki, ölkə hakimiyyəti USAID-in proqramlarını saxlamaq üçün ABŞ ilə danışıqlar aparır.
HİT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Biz ABŞ-la USAİD layihələrini müzakirə etməyə davam edəcəyik ki, onları qoruyub saxlaya biləcəyik, yoxsa digər tərəfdaşlarla onları necə davam etdirə biləcəyimizi açıq şəkildə müzakirə edək", deyə Sandu.
Onun sözlərinə görə, Moldova üçün ən vacib proqramlardan biri enerji proqramı olub.
"Bundan əlavə, ABŞ və Aİ-nin müdafiə xərcləri Moldovanın büdcəsinə daxil edilib", deyə Sandu əlavə edib.
Bundan əvvəl Ermənistan Xarici İşlər Nazirliyi məlumat vermişdi ki, İrəvan ABŞ Beynəlxalq İnkişaf Agentliyi vasitəsilə 110 milyon dollar alıb.
Belə ki, ötən ilin payızında ABŞ və Ermənistan arasında 250 milyon dollarlıq qrant sazişi imzalanıb. Lakin təşkilatın fəaliyyətinin dondurulması səbəbindən Ermənistan tam məbləği ala bilməyib. Qrantın bir neçə məqsəd üçün ayrıldığı vurğulanır: Ermənistanda vətəndaş cəmiyyətinin, medianın inkişafı, həmçinin humanitar yardım. Əvvəllər ABŞ və Ermənistan arasında qrant sazişi 120 milyon dollara bağlanıb.
Samir