Oğluna Tramp adını qoyan Novosibirsk sakini zorakılıqdan şikayətlənir

DÜNYA
22:35 / 03.03.2025
92

Novosibirskdə (Rusiya) yeni doğulan övladına Tramp adını qoyan cütlük sosial mediada təqiblərlə üzləşib. 

HİT.az xəbər verir ki, bu barədə “Aif.ru” yazır.

Körpə fevral ayında dünyaya gəlib. Valideynləri Vladimir və Yelena qeyd ediblər ki, belə bir ictimai reaksiya gözləmirdilər və indi ilk övladlarının adını dəyişdirməyi düşünürlər.

“Ailə qərarlarımızın cəmiyyətə hansısa şəkildə təsir edəcəyini düşünmürdük. Xəbər o qədər rezonans doğurdu ki, dünyanın bir çox ölkələrindən jurnalistlər bizimlə əlaqə saxladılar", deyə Vladimir jurnalistlərə bildirib.

Eyni zamanda, ailənin körpənin doğulmasından əvvəl köçdüyü Belarusda vətəndaşlıq qeydiyyatı şöbəsi qeyri-adi adın hələ qeydə alınmadığını bildirib.

Samir
 

0