Avstraliya Ukraynanı dəstəkləyir və sülhməramlı qoşunların göndərilməsi məsələsini nəzərdən keçirməyə hazırdır.
HİT.az "Bloomberg"ə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Entoni Albanese deyib.
O vurğulayıb ki, Avstraliya Ukraynada mümkün qoşun yerləşdirilməsi ilə bağlı istənilən təklifləri nəzərdən keçirməyə açıqdır.
"Biz Ukrayna xalqını dəstəkləyirik və prezident Zelenskini dəstəkləyirik. Hazırda mümkün sülhməramlılıq məsələsi müzakirə olunur və hökumətimizin nöqteyi-nəzərindən istənilən təklifləri nəzərdən keçirməyə hazırıq", deyə Albanese bildirib.
Eyni zamanda İtaliyanın baş naziri Corcia Maloni ölkəsinin Ukraynaya öz sülhməramlılarını göndərməyəcəyini bəyan edib:
"Məncə, bunu həyata keçirmək çox çətin bir şeydir, effektivliyinə əmin deyiləm, bildiyiniz kimi, italyan əsgərlərini Ukraynaya göndərməyəcəyimizi bildirməmizin səbəbi də budur".
Onun sözlərinə görə, bu mövzu ona görə qaldırılıb ki, avropalılar həll yolu tapmağa çalışaraq "faydalı nəsə" etməyə çalışırlar.
Samir