Pezeşkian və Xameneyi arasında fikir ayrılığı var? - OLAY AÇIQLAMA

DÜNYA
10:29 / 05.03.2025
162

"İranda bilərəkdən Prezident Məsud Pezeşkian ilə ali dini lider Əli Xameneyi arasında fikir ayrılıqlarının olduğu görüntüsü formalaşdırılır". 

Bu sözləri politoloq Turan Rzayev Hit.az-a açıqlamasında deyib. 

O, fikirlərini belə əsaslandırıb:

"İranda prezidentliyə namizədləri belə ali dini lider təyin edir. Bu səbəbdən də prezident seçilən şəxslər ali dini liderin təyin etdiyi siyasi kursu icra edirlər. Bunun xaricində isə qeyri-adi nə isə baş vermir".

368823

Ekspert diqqətə çatdırıb ki, ABŞ və Avropa uzun müddətdir İrana nüvə sazişinə qayıtmağı təklif edir:

"Lakin İranın ali dini lideri Əli Xameneyi isə bunu istəmir. Prezident Məsud Pezeşkian və onun hökumətinin islahatçıları təmsil etdiklərini nəzərə almaq lazımdır. Ona görə də Pezeşkianın Xameneyidən fərqli olaraq ölkəsinin nüvə sazişinə qayıtmasında maraqlı olduğuna dair təəssürat yaratmağa çalışırlar. Yəni bu sadəcə görüntüdən ibarətdir". 

Politoloq rəsmi Tehranın bu addımının səbəblərindən də bəhs edib:

"Buradakı əsas məqsəd müəyyən vaxt qazanmaqdır. Hərçənd ki, Pezeşkian ilə Xameneyi arasında həqiqətən fikir ayrılığının olması inandırıcı deyil. Ümumiyyətlə, İranda belə hallar çox nadir hallarda yaşana bilər. Onda da ya sui-qəsdlər, ya da siyasi cinayətlərə əl atırlar".

Pərviz

0