Almaniyanın Şverin (Meklenburq-İrəlidəki Pomeraniya) şəhərində yerləşən otellərdən birinin əməkdaşları polisə müraciət ediblər.
HİT.az xəbər verir ki, onların sözlərinə görə, Düsseldorfdan olan bir qadın bir neçə günlük otaq tutaraq yerləşib, qeydiyyat zamanı qəribə davranıb və kredit kartını itirdiyini bildirib. Otel işçiləri vəziyyətdən şübhələniblər və bu, təsdiqini tapıb.
"İlkin istintaq məlumatına əsasən, qadın oteldə qeydiyyat zamanı özünü ödəmə qabiliyyətli kimi göstərib, lakin təxminən 500 avro məbləğində olan borcunu ödəmədən oteli tərk etməyi planlaşdırıb", deyə polis nümayəndəsi bildirib.
Polis əməkdaşları şübhəli şəxsi hadisə yerində saxlayıblar. Həmin gün Şverin prokurorluğunun müraciəti ilə rayon məhkəməsi qadının həbs olunması barədə order verib və onun barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırma zamanı məlum olub ki, qadın bu üsulla artıq 15 ildir fəaliyyət göstərir. O, dəfələrlə müxtəlif otellərdə yerləşərək bir neçə gecədən sonra ödəniş etmədən oranı tərk edib.
"Bizə bu cür 100-dən çox hal məlumdur", deyə polis nümayəndəsi qeyd edib.
Samir