Almaniyada gənc ana övladını internet vasitəsilə satmağa cəhd edib.
HİT.az bu barədə "Bild"ə istinadən xəbər verir.
Qeyri-adi reklam "eBay" portalında martın 1-i şənbə günü çıxıb. Aşağı Saksoniyadan olan bir qadın 10 aylıq oğlunun fotosunu yayımlayaraq, "çox nadinc" olduğu üçün onu satmağa hazır olduğunu bildirib. O, körpənin satışı üçün 6,75 avro istəyib. Bir neçə istifadəçi bu barədə polisə məlumat verib.
"Elanda ananın ünvanı göstərilib. Bizə işi uzun müddət araşdırmaq lazım olmadı", deyə polis bildirib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları və gənclər xidməti əməkdaşları qeyd olunan ünvana gələndə qapını 22 yaşlı qız özü açıb. Mənzildə onun uşağı və 20 yaşlı atası da olub.
Ana internetdə kiçik bir elan yerləşdirdiyini, lakin bunu zarafat kimi etdiyini və tezliklə onu sildiyini etiraf edib. Qıza qarşı hələlik heç bir cinayət ittihamı irəli sürülməyib, lakin gənclər şöbəsi indi ailəyə nəzarət edəcəyini bildirib.
Samir