Suriyada sabitliyi pozmağa yönəlmiş son cəhdlərin arxasında İran kəşfiyyatı dayana bilər.
HİT.az xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyet” qəzeti yazıb.
"Latakiya və Tartus hadisələrinin arxasında İran dayanır. İran kəşfiyyatı Əsəd dövründə Suriya ordusunda yüksək vəzifələr tutan keçmiş hərbçiləri təşkil edir", deyə nəşr yazıb.
Qəzetin köşə yazarı Abdulkadir Selvi deyib ki, İran və İsrail Suriyada sabitliyi pozmaq üçün əməkdaşlıq edirlər.
Martın 9-da SANA agentliyi Suriya silahlı qüvvələri ilə keçmiş prezident Bəşər Əsədin tərəfdarları arasında Tartus əyalətində yerləşən Baniyas liman şəhərində qaz elektrik stansiyasında toqquşma baş verdiyini bildirib.
Bundan əvvəl Latakiya vilayətində devrilmiş prezidentin tərəfdarları ilə yeni Suriya hakimiyyəti arasında silahlı toqquşmalar yenidən başlayıb və digər bölgələrə də yayılıb. Zorakılığın artmasına cavab olaraq, İctimai Təhlükəsizlik Departamenti Əl-Qadmous bölgəsinə (Tartus əyaləti) əlavə qüvvələr göndərib.
Samir