ABŞ prezidenti Donald Trampın komandası 2014 və ya 2022-ci il sərhədlərinin Ukraynaya qaytarılması ilə bağlı heç nə eşitmək istəmir.
HİT.az xəbər verir ki, bu barədə Britaniyanın "Sky News" telekanalı məlumat yayıb.
"Sky News"un müxbiri Aleks Rossinin sözlərinə görə, belə bəyanatlar ABŞ rəsmiləri tərəfindən Ciddədə Ukrayna nümayəndə heyəti ilə danışıqlar zamanı təkbətək verilir.
"Görünür, ukraynalılar kifayət qədər ağrılı güzəştlərə getməli olacaqlar, lakin ümid var ki, bu danışıqlar başa çatdıqdan sonra atəşkəsin hansı formada olacağını görüb anlayacağıq", deyə Rossi bildirib.
O, həmçinin əlavə edib ki, Ciddə danışıqlarında amerikalılar Ukraynanın Rusiya ilə sülh müqaviləsi bağlamaq üçün hansı güzəştlərə getməyə hazır olduğunu görmək istəyirlər.
Martın 11-də Səudiyyə Ərəbistanında Ukrayna ilə ABŞ arasında danışıqlar gedir. Vaşinqtonun Ukrayna nümayəndə heyəti ilə bu görüşdə əsas məqsədi sülh razılaşması və atəşkəs üçün çərçivə yaratmaqdır. Kiyev də öz növbəsində ABŞ-ın təhlükəsizlik zəmanətlərini müzakirə etmək və Ukrayna tərəfi üçün əlverişsiz şərtlərin tətbiqi cəhdlərinə müqavimət göstərmək niyyətindədir.
Samir