WSJ: Çin hərbi potensialını artırmaq üçün okeanın dibini fəal şəkildə araşdırır

DÜNYA
19:42 / 12.03.2025
59

Çin son vaxtlar öz ərazi sularından kənarda okean dibinin kəşfiyyatını gücləndirib. Çin gəmiləri Tailand, İndoneziya, Malayziya, Şri-Lanka və Hindistan sahillərində görünüb.

HİT.az xəbər verir ki, bu barədə "Wall Street Journal"a (WSJ) müsahibə verən ekspertlər və elm adamları bildiriblər.

Bildirilir ki, Çindən gələn mülki gəmilər dib relyefini, cərəyanların gücünü və istiqamətini, səthdə, su sütununda və dibdə suyun sıxlığını və temperaturunu, mikroelementlərin tərkibini öyrənirlər. Bəzi ekspertlər hesab edir ki, çinlilər bu məlumatlardan okeandan faydalı qazıntıların çıxarılması perspektivlərini müəyyən etmək üçün istifadə edirlər, digərləri isə belə məlumatların hərbi və ya kəşfiyyat məqsədləri üçün, xüsusən də hidroakustik şamandıraların və hətta minaların quraşdırılması üçün istifadə oluna biləcəyindən ehtiyat edirlər.

Bundan əlavə, dəniz axınları və suyun sıxlığı ilə bağlı məlumatlar sualtı qayıqların mümkün qədər sakit hərəkət etməsi üçün optimal marşrutları müəyyən etməyə kömək edə bilər. "Səs okeanın müxtəlif yerlərində fərqli şəkildə yayılır. Əgər siz okean dibinin konturlarını da başa düşsəniz, bu, vacib məlumat ola bilər", deyə Yale Universitetinin baş tədqiqatçısı Peter Dutton bildirib.

Samir

0