İlon Maskın çılğın fəaliyyəti ABŞ-ın federal xərclərini azalatmayıb

DÜNYA
16:41 / 13.03.2025
32

Xəzinədarlıq Departamentinin rəsmi məlumatlarına görə, ABŞ-ın federal büdcəsinin xərcləri fevral ayında rekord həddə - 603 milyard dollara yüksəlib. 

HİT.az xəbər verir ki, 2024-cü ilin fevral ayı ilə müqayisədə xərclər 40 milyard dollar və ya 7% artıb. 

Bu, məqsədi federal büdcə xərclərini azaltmaq olan İlon Maskın və onun rəhbərlik etdiyi Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) fəal fəaliyyətinə baxmayaraq baş verib.

"Newsweek"in qeyd etdiyi kimi, DOGE Donald Trampın prezidentliyinin ilk ayında 100 milyard dollardan çox, yəni vergi ödəyicisi üçün 652 dollardan çox qənaət etməyi bacardığını bildirib. Bununla belə, bu, federal xərclərin artımını kompensasiya etmədi və yalnız bir neçə federal agentlik real xərclərin azaldığını qeyd edib. Onların arasında Veteranların İşləri, Nəqliyyat, Ədliyyə Departamentləri və Dövlət Departamenti var.

Samir

0