"Populyar namizəd Kalin Georgeskunun Rumıniyada prezident seçkilərində iştirakına qadağa qoyulması, onun siyasi təqiblərə məruz qalması, eləcə də Avropa İttifaqının bu faktlara məhəl qoymaması Avropanın diktaturaya çevrilməsinin əlamətləridir və bu, Aİ-nin dağılmasına gətirib çıxara bilər".
HİT.azx xəbər verir ki, bu barədə Polşanın "Mysl Polska" qəzeti yazıb.
"Avropa, əlbəttə ki, diktaturaya doğru sürüşəcək. Rumıniyada ən populyar namizədin seçkilərdə iştirakına qadağa yalnız başlanğıcdır (söhbət Rumıniya prezidentliyinə namizəd Kalin Georgeskudan gedir-red). Uzunmüddətli perspektivdə bu, Avropa İttifaqının tam dağılmasına gətirib çıxaracaq", deyə nəşr yazıb.
Qeyd olunur ki, Brüsselin demokratik normaların pozulmasına razılıq verməsi şərti ilə belə vəziyyət Aİ-nin digər ölkələrində də təkrarlana bilər.
Üstəlik, Polşa qəzetinin yazdığı kimi, siyasətdə diktatura üsullarının ən fəal tərəfdarları əvvəllər liberal dəyərləri dəstəkləyənlər olacaq.
Fevralın 26-da Rumıniyada prezidentliyə namizəd Kalin Georgeskunun həbsinə order verilib. "Mediafaks" agentliyinin məlumatına görə, o, konstitusiya quruluşunu dağıtmağa yönəlmiş faşist təşkilatı yaratmaqda, habelə seçki kampaniyasını qanunsuz olaraq maliyyələşdirməkdə şübhəli bilinir. Bu işin istintaqı çərçivəsində Rumıniyada siyasətçiyə yaxın şəxslərin evlərində axtarışlar aparılıb. Georgesku bildirib ki, ölkə vətəndaşlarının iradə ifadəsinin nəticələrinin ləğvi dövlət çevrilişidir.
Noyabrın sonunda Rumıniyada keçirilən prezident seçkilərinin birinci turunda Kalin Georgesku qalib gəlib. Rumıniya mediası onu rusiyayönlü şəxs adlandırır. O, bütün proqnozların əksinə olaraq səsvermənin lideri olub və 22,94% səs toplayıb. İkinci yerdə NATO və ABŞ ilə tərəfdaşlığı dəstəkləyən “Rumıniyanın xilası ittifaqı” müxalifət partiyasının lideri Elena Laskoni qərarlaşıb. O, 19,18% səs toplayıb. Namizədlərin heç biri 50%-dən çox səs toplamadığından Georgesku və Laskoninin iştirakı ilə seçkilərin ikinci turu planlaşdırılıb.
Samir