ABŞ məlumat bazası təmizlənir: 3,2 milyon insan ölü elan edildi

DÜNYA
14:13 / 18.03.2025
57

ABŞ Sosial Təminat İdarəsi hesab sahiblərinin məlumat bazalarını kütləvi şəkildə təmizləyib və yaşı 120-dən yuxarı olan təxminən 3,2 milyon amerikalının öldüyünü elan edib.

Hit.az xəbər verir ki, bu barədə ölkənin Dövlət İdarəçiliyinin Səmərəliliyi Departamenti (DOGE) sosial şəbəkədə məlumat yayıb.

“Son iki həftə ərzində Sosial Təminat İdarəsi məlumat bazalarında əsaslı təmizləmə aparıb. Yaşı 120-dən yuxarı olan təxminən 3,2 milyon hesab sahibi hazırda ölmüş kimi qeyd olunur”, deyə məlumatda bildirilir.

Qeyd olunur ki, bununla verilənlər bazaları ilə iş bitmir. DOGE ABŞ-ın Sosial Təminat siyahısında 120-159 yaşlı təxminən 9 milyon daha çox sakinin olduğunu bildirib.

Fevral ayında ABŞ prezidenti Donald Tramp demişdi ki, milyonlarla ABŞ vergi ödəyicisi 130, 150 və hətta 200 yaşlı insanlara ödəyəcək. Ağ Ev rəhbərinin sözlərinə görə, rəsmi reyestrlərdə qeyd olunan milyonlarla saxta pensiyaçı var.

Tramp bildirib ki, verilənlər bazasına hətta 360 yaşı olan şəxs də daxildir. O, bunu mütləq rekord adlandırıb və ABŞ-ın cəmi 250 ildir mövcud olduğunu xatırladıb. Reyestrdə yaşı 200-dən yuxarı olan mindən çox insan da var. Amerika lideri bu faktları Co Bayden administrasiyasından qalan saxtakarlıq adlandırıb.

Samir

0