AP deputatları yeməkxanalardakı menyudan narazıdır

DÜNYA
18:38 / 18.03.2025
54

Avropa Parlamentinin deputatları yeməkxanalarda Şərqi Avropa yeməklərinin olmamasından şikayətləniblər.

HİT.az bu barədə "Politico"ya istinadən xəbər verir. 

Nəşrin məlumatına görə, Slovakiyadan olan deputatın köməkçilərindən biri iki mindən çox həmkarına məktub göndərərək parlament yeməkxanalarında Şərqi Avropa mətbəxinin olmamasından şikayətlənib.

"Ən pisi odur ki, populistlər anti-Avropa əhval-ruhiyyəsini qızışdırmaq üçün situasiyanı kulinariyada "Qərb imperializmi" kimi qələmə verə bilərlər", deyə nəşr yazıb.

Samir
 

0