Əfqanıstanda qadınlara radio yayımı qadağan edildi

DÜNYA
17:26 / 18.03.2025
46

Taliban hərəkatının yaratdığı Əfqanıstan hökumətinin rəsmiləri Qəndəhar vilayətində qadınlara radioda əyləncəli verilişlər aparmağı qadağan edib. 

HİT.az xəbər verir ki, bu barədə Əfqanıstan Jurnalistlər Mərkəzinin (AFJC) mətbuat xidməti hakimiyyət orqanlarının bəyanatına istinadən məlumat yayıb.

“Administrasiya qadınların səsinin yayımını tamamilə qadağan edib və KİV-lərə bundan sonra hakim administrasiyanın başçısını nəzərdə tutarkən “Əmirəl-möminin həzrətləri, Allah onu qorusun” titulundan istifadə etməyi əmr edib”, deyə məlumatda bildirilir.

Bundan başqa, mətbuata kosmetik məhsulların, eləcə də klinika və xəstəxanaların rəsmi qeydiyyatı olmayan reklamlarının dərci qadağan edilib.

Əvvəllər Əfqanıstan İnformasiya və Mədəniyyət Nazirliyi hər hansı siyasi və iqtisadi müzakirələrin televiziyada yayımını qadağan etmişdi. AFJ-nin məlumatına görə, televiziya jurnalistləri yalnız indiki administrasiyanın nümayəndələri ilə ünsiyyətdə ola biləcəklər.

Sərəncam həm də “mövcud hökumətə meydan oxuyan” iqtisadi müzakirələrə də şamil edilib. Məhdudiyyətlər özəl və müstəqil televiziya kanallarına da şamil edilir.

Samir
 

0